İtaliyanın Şimali Afrikaya ən yaxın ərazisi olan və immiqrant axınına məruz qalan Lampeduza adasında fövqəladə vəziyyət elan edilib.
KONKRET.az xəbər verir ki, bölgədən paylaşılan görüntülərə görə, miqrantlar Avropaya getmək üçün yolları bağlayıblar. Son bir neçə gündə 6 min əhalisi olan adaya 10 minə yaxın immiqrant gəlib.
Burhan,
KONKRET.az