Frankfurt-Vyetnam reysi üzrə uçan təyyarə Bakıda təcili eniş etdibackend

Frankfurt-Vyetnam reysi üzrə uçan təyyarə Bakıda təcili eniş etdi

Frankfurt-Vyetnam reysini həyata keçirən təyyarə Bakıda təcili eniş edib. 

KONKRET.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Vietnam Airlines” aviaşirkətinin Frankfurt-Vyetnam reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

“Boeing B787” təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.
Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*