Fransa ən şərəfsiz addımını atdı – SON DƏQİQƏbackend

Fransa ən şərəfsiz addımını atdı - SON DƏQİQƏ

Fransa Senatı bir neçə saat əvvəl ölkə hökumətini Qarabağın müstəqilliyini tanımağa çağıran qərarı qəbul etdi. Qətnamə məsləhət xarakterlidir. Bununla belə senatorlar qətnaməni yekdilliklə dəstəkləyiblər.

KONKRET.az xəbər verir ki, qətnamənin məruzəçisi senator Bruno Retayo olub. O çıxışında bildirib ki, “layihəni Senatın bütün deputat qruplarının rəhbərləri – sağçılar, mərkəzçilər və solçular imzalayıblar”.

Haşiyə: Fransa Senatının qərarları məsləhət xarakterlidir. Üstəlik Parisin Ermənistandan qabaq Dağlıq Qarabağın “müstəqilliyi”ni tanımaq ehtimalı çox azdır. Bundan əlavə qeyd edək ki, fransız millət vəkilləri erməniləri ilk dəfə deyil ki, müdafiə edirlər. 2001-ci ildə Paris türklər tərəfindən törədilən “erməni soyqırımı” faktını tanıyıb. 2006-cı ildə Fransa parlamentinin aşağı palatası soyqırımı inkar etməyi cinayət hesab edən qanun layihəsini təsdiqləmişdi. Həmin qanun layihəsinə görə, “soyqırımı” inkar edənlər bir il müddətinə azadlıqdan məhrumetmə və 45.000 avro cərimə cəzası ilə cavab verməli idilər. Buna cavab olaraq, Ankara Fransız şirkətlərini Türkiyədə ən böyük iqtisadi layihələrə girişini dayandırmaqla təhdid etdi. Bundan sonra qanun qüvvəyə minmədi: Fransa Konstitusiya Şurası buna qarşı çıxdı. 2012-ci ildə eyni qanunu qəbul etmək üçün yeni cəhd də uğursuz oldu. Konstitusiya Məhkəməsinin “söz azadlığının pozulması” olduğunu müəyyənləşdirən yeni qərarı ilə məsələ birdərəflik qapadıldı.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*