“Fransa iğtişaşları yatırmaq üçün Karib dənizindəki Martinik adasına xüsusi polis qüvvələri göndərdi”.
KONKRET.az xəbər verir ki, bu barədə Euronews kanalı məlumat yayıb.
Məlumata görə, Fransa mərkəzi hökumətinin yerli nümayəndəsi Fort-de-France, Le Lamentin, Ducos və Le Robert bələdiyyələrində bazar ertəsi gününə qədər etiraz aksiyalarına qadağa qoyulduğunu elan etdikdən sonra qüvvələr adaya həftə sonu gəlib. Hökumət adada komendant saatı da tətbiq edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az