Fransa bu məsələdə Ermənistana İMTİNA ETDİbackend

Fransa bu məsələdə Ermənistana İMTİNA ETDİ

Fransa Sünik (Zəngəzur) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanı Ermənistana ekstradisiya etməkdən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumatda bildirir ki, İrəvan təxminən bir ay əvvəl Parisdən rədd cavabı alıb.

Fransa Xarici İşlər Nazirliyi Ermənistan XİN vasitəsilə cavab verib ki, beş ay əvvəl Fransanın məhkəmə orqanları Xaçatryanın ekstradisiyası ilə bağlı sorğuya mənfi rəy veriblər. Çünki onlar hesab ediblər ki, “Xaçatryanın ekstradisiyası onun üçün son dərəcə ağır nəticələr verə bilər”.

Xatırladaq ki, 2020-ci ildə müalicə üçün Almaniyaya getməyə icazə verilən Samvel Mayrapetyan da axtarışdadır və hələ də Ermənistana təhvil verilməyib. Onun işində İnterpolun Almaniya milli Bürosu ona qarşı təhqiqat açmadığı üçün iş Almaniya məhkəməsinə çatmayıb.

Ekstradisiyası hələ baş tutmayan bir sıra digər yüksək rütbəli məmurlar da axtarışdadır:

Ermənistan Respublikasının keçmiş müdafiə naziri Mikael Arutyunyan Rusiya Federasiyasındadır, Rusiya Federasiyasının vətəndaşı olduğu üzə çıxıb.
Ermənistanın keçmiş baş prokuroru Gevorq Kostanyan Rusiya Federasiyasındadır, ictimai həyat sürür.
Martın 1-i işi üzrə istintaq qrupunun keçmiş rəhbəri Vaaqn Arutyunyan Rusiya Federasiyasındadır, orada saxlanılıb və sonra sərbəst buraxılıb.
Ermənistanın Vatikandakı keçmiş səfiri, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Rusiya Federasiyasındadır, ekstradisiya edilməyib.
Məhkəmə Aktlarının Məcburi İcrası Xidmətinin keçmiş rəhbəri, general Miqran Poqosyan Rusiya Federasiyasındadır, ekstradisiya rədd edilib.
Keçmiş deputat Ruben Ayrapetyan Rusiya Federasiyasındadır, Rusiyada axtarışlara xitam verilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*