“Fransa da Gürcüstan büdcəsinə birbaşa yardımı dayandırır”.
KONKRET.az xəbər verir ki, bunu Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri deyib.
“Biz Gürcüstan büdcəsinə birbaşa yardımımızı müvəqqəti dayandırmaq, vətəndaş cəmiyyətinə və mediaya yardımı artırmaq qərarına gəldik”, – deyə səfir jurnalistlərə bildirib.
Qarsi əlavə edib ki, bütün sahələrdə dəstəyi bərpa etmək üçün Gürcüstan hökuməti kursunu dəyişməlidir.
Xatırladaq ki, bundan əvvəl Almaniya da oxşar bəyanatla çıxış etmişdi.
Burhan,
KONKRET.az