“Fransa dünya dövlətləri üçün təhdiddir” – Azərbaycandan vacib qərarbackend

"Fransa dünya dövlətləri üçün təhdiddir" - Azərbaycandan vacib qərar

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisi Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup yaratmayıb. Xatırladaq ki, ötən çağırış Azərbaycan parlamentinin Fransa ilə əlaqələr üzrə işçi qrupu Parisin qeyri-konstruktiv mövqe tutması səbəbindən fəaliyyətini yarımçıq dayandırmışdı.

Görəsən, rəsmi Bakı daha hansı müstəvilərdə Fransa ilə əlaqələri nəzərdən keçirə və ölkəmizin bundan sonrakı fəaliyyəti nə ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov Azərbaycanın addımlarının olduqca adekvat olduğunu qeyd edib:

“Fransanın son illər ölkəmizə qarşı fəaliyyəti hamıya məlumdur. Əslində, bu onların gözləmədiyi, reallıqda isə rəsmi Parisə layiq olan addım idi. Fransa 4 il ərzində Azərbaycana qarşı məkirli siyasət yürüdürdü. Vətən müharibəsi dövründə onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini “Artsax” kimi qəbul etdirməyə çalışırdılar. Baxın, Paris 23 ilə yaxın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olub və bu vaxt ərzində Ermənistanın maraqlarına xidmət edib. Makron hökuməti indi də İrəvanı silahlandırır, mümkün variantda isə revanş almağa çalışırlar. Hesab edirəm ki, Milli Məclisdə verilən qərar yerində və vacib idi”.

Ekspert vurğulayıb ki, bunu Azərbaycanın qəti mövqeyi kimi qiymətləndirmək olar:

“Qeyd etdiyim kimi, bundan başqa da bir neçə məqamı qabartmaq olar. Fransanın müstəmləkəçilik siyasətinə qarşı dirəniş göstərmək lazımdır. Onlar beynəlxalq səviyyədə ifşa olunmalıdır. Rəsmi Paris baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir, ancaq təşkilatın nizamnaməsinə qarşı zidd gedir. Bu, nəinki Cənubi Qafqaz üçün, ümumilikdə dünya dövlətləri üçün təhdiddir”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*