Fransa həbsxanaların xroniki sıxlığı ilə üzləşir.
KONKRET.az xəbər verir ki, bu barədə “Le Monde” xəbər verir.
Fransanın həbsxana administrasiyasının Ədliyyə Nazirliyinin bu gün açıqladığı statistikaya əsasən, həbsxanalar 2024-cü ilin fevral ayında həddindən artıq sıxlıq üzrə yeni rekorda imza atıb.
Nəşrin məlumatına görə, həbsxanaların sıxlığı 123,5%-ə çatıb. Məhkəməsini gözləyən və qısamüddətli həbs cəzası çəkən şəxslərin saxlandığı istintaq təcridxanalarında doluluq 147,7 faiz təşkil edir. Artıq 16 cəzaçəkmə müəssisəsində sıxlıq 200%-i ötüb.
Yer çatışmazlığı, gigiyena problemləri, keyfiyyətsiz qida, işçilərin çatışmazlığı – bütün bunlar Avropa İnsan Hüquqları Komissiyasında suallar yaradır. Həbsxanaların xroniki sıxlığı ilə üzləşən Fransa hökuməti 2027-ci ilə qədər 15.000 yeni yer tikməyi planlaşdırır.
Burhan,
KONKRET.az