Fransa polisi tətilə HAZIRLAŞIRbackend

Fransa polisi tətilə HAZIRLAŞIR

Fransanın bir neçə polis həmkarlar ittifaqı təklif olunan pensiya islahatına qarşı ümummilli tətilə çağırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Les Echos” qəzeti məlumat yayıb.

Bildirilib ki, yanvarın 19-da Fransa şəhərlərinin küçələrində iki kateqoriyadan olan polislər olacaq, bəziləri pensiya islahatına qarşı nümayiş zamanı asayişi təmin edəcək, digərləri isə etiraz aksiyasında iştirak edəcək.

Qeyd olunub ki, pensiya ilə bağlı təklif olunan dəyişikliklər hüquq-mühafizə orqanlarının əməkdaşlarına da təsir edəcək. Belə ki, ölkədə ümumi pensiya yaşının 62-dən 64-ə, polislər üçün isə 52-dən 54-ə qaldırılması nəzərdə tutulur.

Daxili işlər naziri Jerald Dermanen bildirib ki, planlaşdırılan yaş artımı Fransa polisinin yalnız 2%-nə təsir edəcək.

“Hazırda polis əməkdaşlarının pensiya yaşı 52-dir, əslində isə onlar yalnız 57 yaşında təqaüdə çıxırlar. Ona görə də əksər işçilər üçün pensiya yaşının artırılması heç bir məna kəsb etməyəcək”, – nazir deyib.

Məlumata görə, polis iğtişaş ehtimalı ilə əlaqədar 10 min əməkdaşını səfərbər edib.

Qeyd edək ki, Fransa rəsmiləri pensiya yaşının artırılmasını demoqrafik və maliyyə səbəbləri ilə izah edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*