Fransa polisi ilk dəfə olaraq miqrantların Böyük Britaniyaya keçmək üçün istifadə etdiyi şişmə qayıqları bıçaqlarla deşərək yararsız hala salmağa başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə The Times məlumat yayıb.
Qeyd olunur ki, bu tədbirlər qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almağa yönəlmiş yeni qanunun tətbiqi çərçivəsində həyata keçirilir. Yeni praktika artıq Böyük Britaniya tərəfindən müsbət qarşılanıb.
Rəsmi məlumatlara görə, təkcə bu il 20 mindən çox miqrant şişmə qayıqlarla La-Manş boğazını keçərək Britaniyaya daxil olub.
Müşviq Tofiqoğlu,
KONKRET.az