Fransa qalmaqallı pensiya islahatını təsdiqlədibackend

Fransa qalmaqallı pensiya islahatını təsdiqlədi

Fransa Senatı hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.

KONKRET.az xəbər verir ki, bu barədə Fransa Baş naziri Elizabet Born özünün Tvitter səhifəsində yazıb.

“Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatının mətnini qəbul etdi. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlar üçün həlledici mərhələdir. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq”, – deyə baş nazir bildirib.

Məlumata əsasən, sənədin lehinə 195, əleyhinə isə 112 senator səs verib.

Yeni islahata əsasən, pensiya yaşı 62-dən 64-ə qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini nəzərdə tutur.

Qeyd edək ki, bir neçə gündür paytaxt Paris də daxil olmaqla, ölkənin əksər şəhərlərində pensiya islahatına qarşı etirazlar keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*