Fransa Rusiyanı Ermənistanın düşməni elan edib – ŞƏRHbackend

Fransa Rusiyanı Ermənistanın düşməni elan edib - ŞƏRH

“Fransa xarici işlər naziri Stefan Sejurne Ermənistanda səfərdədir. Sejurne Ermənistanı Rusiyanın təzyiqlərindən qoruyacağını elan edib.

Rusiyanı Ermənistanın düşməni elan edən Fransa XİN rəhbəri aşağıdakı açıqlamanı verib:

“Moskvanın təhdidlərinə və aşkar düşmənliyinə baxmayaraq, erməni xalqına və hökumətinə dəstək veriləcək. Demokratik dəyərlərin qorunmasında hər zaman bizim köməyimizə arxalana bilərsiniz”.

KONKRET.az xəbər verir ki, baş verənləri şərh edən siyasi icmalçı Məhəmməd Əsədullazadə Fransanın Ermənistanla Rusiya arasındakı siyasi böhranın dərinləşməsində maraqlı olduğunu bildirib:

“Göründüyü kimi, Fransanın xarici işlər naziri Ermənistan və Rusiya arasında siyasi böhranın dərinləşməsində maraqlıdır və bu kontekstdə verdiyi açıqlama Kremlin Yerevana təzyiqi üçün əsasların yaradılmasına hesablanıb. Fransa Ermənistanla siyasi – hərbi əlaqələrini inkişaf etdirir. Sözügedən ölkənin Ermənistanda möhkəmlənməsi, Cənubi Qafqaz üçün yeni təhlükə riski yaradır. Cənubi Qafqazda Ermənistan forpost olacaq. Baxmayaraq ki, Paşinyan ötən gün açıqlamada ölkəsinin digər bir dövlətlərin forpostu olmasına qarşı olduğunu bəyan etmişdi. Görünür, onun bu açıqlaması məhz Moskvaya ünvanlanıbmış. Demək olar ki, Baş nazir xələfilərinin siyasətini davam etdirir. Əvvəlki hökumətlər Moskvanın forpostu olmuşdusa, Paşinyan isə Moskvanı Parisə dəyişir. Dəyişən yalnız ölkələrdir, kölə siyasəti isə davam edir. Ermənistan yenidən forpost, satallest ölkə olaraq qalır”.

Ekspert Rusiyanın Ermənistana sanksiya tətbiq etmək ehtimalından danışıb:

“Fransa Rusiyaya qarşı Ermənistana ciddi siyasi və hərbi təhlükəsizlik dəstəyi göstərə bilməyəcək. Rəsmi Parisin bu kimi imkanları zəifdir. Rusiya Ermənistana iqtisadi sanksiyalar tətbiq edərsə, ölkə iqtisadiyyatı iflic olacaq və nəticədə xalqın etirazı güclənəcək. Fransanın uzun müddət Ermənistana maliyyə və iqtisadi dəstək verməsi mümkün görünmür. İrəvan yalnız Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə gedərsə, bu ölkə öz həqiqi müstəqilliyini əldə edəcək”.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*