Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki…backend

Fransa səfiri ilk dəfə Şuşaya getdi, elə sözlər dedi ki...

Bu, mənim Şuşaya ilk səfərimdir və bu şəhəri kəşf etmək imkanı qazandığım üçün çox şadam. Əvvəllər də dediyim kimi, bu şəhərin Azərbaycan xalqının qəlbində çox əziz bir yeri var, çünki o, Azərbaycan mədəniyyətində çox mühüm rol oynayır.

KONKRET.az xəbər verir ki, bu barədə Teleqraf-a Fransanın Azərbaycandakı səfiri Ann Buayon deyib.

“Biz Azərbaycanın mədəniyyətini formalaşdıran görkəmli bəstəkarlar və şairlərə həsr olunmuş bir neçə muzeyi ziyarət etdik. Tikinti işlərindən və bu mühüm mədəniyyət ocaqlarının, Azərbaycan mədəniyyətinin simvollarının yenidən canlandırılaraq ziyarətçilərin üzünə açılmasından çox təsirləndim. Bəli, insanlara Şuşaya səfər etməyi tövsiyə edirəm, çünki düşünürəm ki, bu, Azərbaycanı daha yaxından tanımaq üçün yaxşı bir yoldur”, – səfir əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*