Fransa Senatının rəhbəri Makronun hərəkətindən xəcalət çəkirbackend

Fransa Senatının rəhbəri Makronun hərəkətindən xəcalət çəkir

Fransa Senatının sədri – ölkənin ikinci ən qüdrətli siması Jerar Larşe Emmanuel Makronun İsrail haqqında söylədiyi fikirlərdən  heyrətləndiyini bildirib və prezidenti tarixdən xəbərsiz olmaqda ittiham edib. 

KONKRET.az Amerikanın “Al-Monitor” saytına istinadən xəbər verir ki, Makron İsrailə  varlığına görə  BMT-nin qətnaməsinə borclu olduğunu bildirib.  Bu söz İsrailin baş naziri Binyamin Netanyahunun sərt cavabına səbəb olub. Ölkələr arasında gərginlik artırır və həmçinin Fransadakı yəhudi icmasının üzvləri narahatlığını ifadə edirlər. Fransa Senatının sədri Jerar Larşe “Europe 1” radiosuna müsahibəsində deyib ki, bu, ilk növbədə, İsrail dövlətinin yaranma tarixindən xəbərsizliyi göstərir: “Mən Fransa prezidentinin belə bəyanatlar səsləndirməsindən heyrətləndim. İsrailin yaradılması notarial sənəd deyil, sadəcə  BMT tərəfindən təsdiqlənib”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*