Fransa silahları Sudandakı döyüşlərədə istifadə olunurbackend

Fransa silahları Sudandakı döyüşlərədə istifadə olunur

Darfur bölgəsinə silah embarqosunu pozaraq Sudanda Fransa istehsalı olan hərbi texnikadan istifadə edilir.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniyanın “Amnesty International” təşkilatı məlumat yayıb. Məlumata görə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təchiz edilən və Sudanda aşkar edilən  zirehli personal daşıyıcıları Fransanın “KNDS” və “Lacroix” şirkətləri tərəfindən istehsal olunan “Galix” özünümüdafiə sistemləri ilə təchiz edilib. “Amnesty İnternational”ın baş katibi Agnes Kallamard bildirib ki, Fransada dizayn edilmiş silahlar Sudandakı döyüş meydanında fəal şəkildə istifadə olunur.

Fransa istehsalı “Galix” sistemi Birləşmiş Ərəb Əmirliklərinin tədarük etdiyi “Nimr Ajban” zirehli maşınlarına quraşdırılıb. Məlumatda bildirilir ki, “Galix” kompleksi təkcə özünümüdafiə üçün deyil, həm də düşmənin aktiv şəkildə zərərsizləşdirilməsi üçün nəzərdə tutulub.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*