Fransa Super Kubokunun sahibi müəyyənləşdibackend

Fransa Super Kubokunun sahibi müəyyənləşdi

İsrailin paytaxtı Təl-Əvivdəki “Blümfild” stadionunda PSJ və “Nant” komandaları arasında Fransa Super Kuboku uğrunda oyun keçirilib.

KONKRET.az-ın məlumatına görə, matç Paris klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. 45+5-ci dəqiqədə Neymar fərqi artırıb.

57-ci dəqiqədə Serxio Ramos PSJ-nin üçüncü qolunu vurub. Son nöqtəni isə 82-ci dəqiqədə Neymar dəqiq penalti zərbəsi ilə qoyub.

Qeyd edək ki, mövsümlərarası fasiləsində PSJ-də baş məşqçi dəyişikliyi gerçəkləşib. Komandanı tərk edən argentinalı Maurisio Poçettinonu fransalı Kristof Qaltye əvəzləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*