“Fransa istismardan çıxarılan hərbi texnikanı atmaq əvəzinə Ukraynaya təhvil verəcək”.
KONKRET.az xəbər verir ki, bunu Fransanın silahlı qüvvələr naziri Sebastyan Lekornu deyib.
Nazir bildirib ki, onun heç vaxt vaz keçməyəcəyi müəyyən qırmızı xətt var. Söhbət Fransanın müdafiə sisteminin zədələnməsindən gedir. Lekornu bildirib ki, Fransa orduya əhəmiyyətli vəsaitlər yatırır.
O, ölkəsində hələ də işlək vəziyyətdə olan və gələcəkdə istehsaldan çıxarılacaq bir çox texnikanın olduğunu söyləyib. Nazirin fikrincə, bu texnikanı və avadanlığı atmaqdansa, Ukraynaya vermək daha yaxşı olar.
Günel Mikayılova,
KONKRET.az