Qərb Ukraynanı silahlandırmaqda davam edir. Bu dəfə Fransa “Mirage 2000-5” döyüş təyyarəsinin ilk partiyasını Ukraynaya çatdırmaq qərarına gəlib.
KONKRET.az xəbər verir ki, yeni nəsl qırıcılar SCALP qanadlı raketləri və AASM bombaları ilə silahlanacaq. Parisin Ukraynaya verdiyi “Mirage 2000-5” təyyarələri Kiyevə 2025-ci ilin birinci rübündə təhvil veriləcək.
Vəli Həsənoğlu
KONKRET.az