“Fransa üzr istəməlidir, çünki…” – Makron dalana dirəndibackend

“Fransa üzr istəməlidir, çünki...” – Makron dalana dirəndi

Fransız tarixçi və Ruanda soyqırımı ilə bağlı araşdırma aparmaq üçün yaradılan komissiyanın rəhbəri Vinsent Dukler soyqırım dövründə zorakı və müstəmləkəçi siyasətinə görə Fransanın üzr istəməli olduğunu söyləyib.

KONKRET.az xəbər verir ki, Dukler o zamankı prezident Fransua Mitterranın arxivlərində Fransanın soyqırım ortağı olduğuna dair bir məlumatın olmadığını iddia edib.

Bununla yanaşı, Dukler Fransanın soyqırımda məsuliyyət daşıdığını vurğulayıb:

“Fransa uzun müddət irqçi qırğınları təşviq edən rejimin tərəfini tutub, bu rejimin ən radikal ünsürlərinin soyqırım hazırlıqlarına göz yumub”.

O, Fransa parlamentinin soyqırımı araşdırmaq üçün arxivə giriş icazəsi vermədiyini bildirib:

“Şəxsən mən düşünürəm ki, Fransa Ruandadakı kütləvi zorakılıq və müstəmləkəçilik siyasətinə görə üzr istəməlidir. Ruandalılar Fransanın onlara qarşı düşmən münasibətindən ciddi şəkildə zərər görüblər”.

Ruanda soyqırımında Fransanın rolunu araşdırmaq üçün yaradılan komissiyanın hazırladığı hesabat martın 26-da Prezident Emmanuel Makrona təqdim edilib. Məruzədə Fransanın soyqırımda məsuliyyət daşıdığı, ancaq burada aşkar şəkildə iştirak etdiyini göstərəcək dəlil olmadığı deyilib./teleqraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*