Fransa FİNALDA! – YENİLƏNİBbackend

Fransa FİNALDA! - YENİLƏNİB

Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Fransa və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

KONKRET.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Fransa: Uqo Lyoris (K), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Ernandes, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Mərakeş: Yassin Bunu, Romen Saiss (K), Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Nayef Agerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş,

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyunu başlayıb.

KONKRET.az xəbər verir ki, yarımfinal oyununda erkən qol vurulub.

5-cü dəqiqədə fərqlənən Teo Ernandes Avropa təmsilçisini hesabda önə keçirib.

***

79-cu dəqiqədə Kolo Muani Fransanın ikinci qolunu vurur.

***

Oyun başa çatdı. Mərakeşi 2:0 hesabı ilə məğlub edən fransızlar finala vəsiqə qazanır.

Qeyd edək ki, Argentina-Fransa finalı dekabrın 18-də baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*