Fransada Azərbaycan səfirliyinə hücumun təşkilatçılarından biri HƏBS EDİLDİ – FOTObackend

Fransada  Azərbaycan səfirliyinə hücumun təşkilatçılarından biri HƏBS EDİLDİ - FOTO

Paris polisi Daşnaksütyun gənclər təşkilatının Fransadakı keçmiş sədri Loris Tufanyanı həbs edib,

KONKRET.az xəbər verir ki, bu barədə fransız tarixçisi Maksim Qauin Tvitter səhifəsində yazıb. O bildirib ki, Azərbaycanın Parisdəki səfirliyinə basqın edən erməni  Fransa polisi tərəfindən həbs edilib.

“Həbs çox güman ki, Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzinə qarşı zorakı nümayişlə bağlıdır”, –deyə  Qauin yazıb.

Qeyd edək ki, Maksim Qauin erməni millətçiliyi siyasətinin tanınmış tənqidçisi, fransız tarixçisidir. O, Nyu-Yorkda yerləşən Türk Amerika Təhlükəsizlik Fonduna (TASFO) müsahibəsində 1915-ci il hadisələri ilə bağlı bir çox tarixi sənədləri araşdırdığını və belə qənaətə gəldiyini bildirib: “Bu, erməni soyqırımı sayıla bilməz”.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*