Fransada bir ilk: Hazırkı ədliyyə naziri mühakimə olunurbackend

Fransada bir ilk: Hazırkı ədliyyə naziri mühakimə olunur

Fransada ədliyyə naziri Erik Dupond-Moretti vəzifə başında olarkən mühakimə olunacaq və bu, 5-ci respublika tarixində bir ilkdir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Erik Dupond-Moretti 6-17 noyabr tarixlərində Respublika Ədalət Məhkəməsində “maraqlar toqquşması və vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə hakim qarşısına çıxacaq.

Respublikanın Ədalət Məhkəməsi hökumət üzvlərini vəzifələrini yerinə yetirərkən törətdikləri cinayətlərə və ya təqsirlərə görə mühakimə etmək səlahiyyətinə malik olan yeganə orqandır.

Respublika Məhkəməsi üçü peşəkar, 12-si əvəzedici və 12-si daimi üzv olmaqla, cəmi 24 deputatdan ibarətdir.

Nazirlər ümumiyyətlə vəzifələri bitdikdən sonra bu məhkəmədə mühakimə olunsalar da, Dupond-Moretti vəzifə başında olarkən ilk dəfə məhkəmə qarşısına çıxacaq.

Düpond-Moretti vəkil olduğu vaxtlarda müştəriləri ilə bağlı işlərə baxan hakimləri cəzalandırmaq üçün nazir kimi imtiyazlarından istifadə etməkdə ittiham edilir. Respublika Ədliyyə Məhkəməsinə şikayət verən tərəf isə Korrupsiyaya Qarşı Mübarizə Dərnəyidir.

Bu məhkəmə şikayəti əsaslı hesab edərək, nazirə qarşı istintaqa başlamaq qərarına gəlib. Bu qərardan sonra məhkəmənin üç dindirici hakimi paytaxt Parisdə Ədliyyə Nazirliyinin binasında axtarış aparıb. Jandarmın dəstəyi ilə aparılan axtarışda nazir Dupond-Morettiyə qarşı qeyri-qanuni mənfəətlə bağlı dəlillər ələ keçirilib.

Sevinc Paşayeva,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*