Fransada etiraz dalğası genişlənir: Hədəf Parisdirbackend

Fransada etiraz dalğası genişlənir: Hədəf Parisdir

Cümə axşamından bəri Fransada prezident Emmanuel Makronun pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyası davam edir.

KONKRET.AZ “Le Monde” qəzetinə istinadən xəbər verir ki, Cümə axşamından bəri Fransada prezident Emmanuel Makronun pensiya islahatı qanunlarına qarşı keçirilən etiraz aksiyası davam edir.

Tətil səbəbi ilə iflic olan nəqliyyat xətlərində bazar ertəsinə qədər heç bir dəyişiklik gözlənilmir.

Fransada altı sürətli qatardan beşi və qatar yolu ilə səfərin 85 faizi təxirə salınıb. Paris metrosunun 9 xətti bağlanıb. Səlahiyyətli orqanlar, vəziyyətin bazar gününə qədər dəyişməyəcəyini proqnozlaşdırır. Onlar sərnişinlərə səyahətlərini ləğv etməyi və ya təxirə salmağı tövsiyə edir.

Tətilin üçüncü günündə etirazçılar başda Paytaxt Paris olmaqla bir sıra bölgələrdə də aksiya keirməyi planlaşdırır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*