Fransada istilərə görə yüksək təhlükə səviyyəsi elan olundubackend

Fransada istilərə görə yüksək təhlükə səviyyəsi elan olundu

Fransanın 12 departamentində istilər səbəbindən yüksək təbii təhlükə səviyyəsi elan olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Elizabet Börn özünün tviter səhifəsində yazıb.

“On iki departamentdə yüksək temperatura görə qırmızı təhlükə səviyyəsi elan edilib. Ayıq-sayıq olun, su için, sərin binalarda qalın, yaxınlarınızla əlaqə saxlayın”, – deyə Baş nazir tövsiyə edib.

BFM telekanalı öz növbəsində dəqiqləşdirib ki, qırmızı zonaya ölkənin qərb və cənub-qərb departamentləri düşüb. Fransada yayın əvvəli üçün görünməmiş istilər hökm sürür. Bir sıra rayonlarda havanın temperaturu 40 dərəcəni ötüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*