Fransada sanitar buraxılış rejiminə qarşı etiraz iğtişaşa çevrildibackend

Fransada sanitar buraxılış rejiminə qarşı etiraz iğtişaşa çevrildi

Fransanın Qvadalupa departamentində həftə boyu davam edən etirazların qarşısını almaq üçün komendant saatı tətbiq edilib.

KONKRET.az-ın xəbərinə görə, sanitar buraxılış sənədinin əleyhdarları şinlərə və tullantı qablarına od vurub, ictimai əmlaka zərər yetiriblər.

İğtişaş zamanı 5 polis əməkdaşı və bir neçə mülki şəxs xəsarət alıb. Ondan çox sakin həbs edilib.

Qarşıdurmanın böyüməməsi üçün departamentdə komendant saatı elan edilib. Saat 18.00-dan 05.00-dək küçəyə çıxmaq qadağandır. Əraziyə əlavə polis qüvvələri cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*