Fransadan Qarabağ açıqlaması: “Ayvazyan bizə dedi ki…”backend

Fransadan Qarabağ açıqlaması: “Ayvazyan bizə dedi ki...”

Ermənistan Xarici işlər naziri Ara Ayvazyan mənə noyabrın 10-da Azərbaycanla imzaladıqları anlaşmanın şərtlərini yerinə yetirməli olduqlarlnı dedi.

KONKRET.az  xəbər verir ki, bunu Fransa Xarici işlər naziri Jan-İv Lyö Drian deyib.

Fransa parlamentində çıxış edən nazir Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı açıqlamalar verib:

“Erməni həmkarım Ara Ayvazyanla ötən həftə Parisdə görüşdüm. Dəstəyə görə Fransa və prezidentinə təşəkkür etdi. Noyabrın 10-da Azərbaycanla imzaladıqları anlaşmanın yerinə yetirilməsinin lazım olduğunu bildirdi. Həmçinin, bölgədə sabitliyin təmin olunması üçün Minsk Qrupu formatının qalması məsələsində Fransaya güvəndiklərini dilə gətirdi”.

Münaqişədə həmişə işğalçının mövqeyindən çıxış edən Fransanın baş diplomatı ilin sonunadək Ermənistana iki təyyarə yardım göndəriləcəyini də açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*