“Biz Ermənistana silahlanmağa kömək etməliyik”.
KONKRET.az xəbər verir ki, bunu Fransa Senatının Fransa-Ermənistan Dostluq Qrupunun sədri Jilber-Luk Devinaz Ermənistanda olarkən deyib.
O bildirib ki, daha çox iş görülməli və Ermənistanın silahlanmasına kömək etməliyik.
“Ermənistanın ərazi bütövlüyü pozulub. Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni onun silahlanmasına kömək etməliyik”, – deyə Devinaz terrorçu ölkəni dəstəkləyib.
Qeyd edək ki, o, qondarma “erməni soyqırımı” “qurbanlarının xatirəsini yad etmək üçün” Ermənistana səfər edib.
Xuraman Etibarlı,
KONKRET.az