66 yaşlı fransalı senator Joell Qerrio Parisdə həbs edilib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, o, qadın deputata narkotika içdirməkdə şübhəli bilinir.
İnsident noyabrın 15-də siyasətçinin evində baş verib. Adı açıqlanmayan qadın deputat ona baş çəkərkən bir az içib, bundan sonra özünü pis hiss etməyə başlayıb və xəstəxanaya aparılıb. “O, müayinə üçün xəstəxanaya yerləşdirilib, ondan nümunələr götürülüb, analizlər onun bədənində ekstaz olduğunu müəyyən edib”, – məlumatda deyilir.
Deputat polisə ərizə yazıb və bildirib ki, narkotik maddəni zorlamaq məqsədilə onun içinə atıblar.
Bir neçə saat sonra senator saxlanılıb. Qerrio günahkar bilinərsə, onu 5 ilə qədər həbs və 75 min avro cərimə gözləyir.
Paris prokurorluğunun bildirdiyinə görə, Senat üzvü “cinsi zorakılıq törətmək məqsədi ilə onun xəbəri olmadan bir şəxsə onun düşüncəsini və ya hərəkətlərinə nəzarəti zəiflədə biləcək maddə yeritdiyinə” görə polis nəzarətindədir. Senatorun evində axtarış zamanı bu narkotikdən ibarət kiçik çanta aşkar edilib. Guerrio hər hansı cinsi niyyəti inkar edir.
Mənbə:haqqin.az