Bu gün Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelər Zəngilan rayonunun Ağalı kəndindəki pilot məktəbdəki şəraitlə tanış olublar.
KONKRET.az xəbər verir ki, Zəngilana səfər edənlər arasında Fransanın Azərbaycandakı səfiri Ann Buayon da olub.
O səfər təəssüratları barədə öz “Twitter” səhifəsində yazıb:
“Ağalı kəndində səfər zamanı pilot məktəbə baş çəkdik. Zəngilan şəhəri bərpa olunacaq. İşlər artıq başlayıb”.