Fransanın müdafiə naziri də istefa verdibackend

Fransanın müdafiə naziri də istefa verdi

Fransanın keçmiş iqtisadiyyat və maliyyə naziri Bruno Le Mer yeni hökumətdə müdafiə naziri təyin olunduqdan qısa müddət sonra vəzifədən imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Le Mer X sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, o, qərarını müxalifətin tənqidlərindən sonra verdiyini bildirib. İstefa qərarı Fransa hökumətinin formalaşdırılması ilə bağlı danışıqları asanlaşdırmaq məqsədi daşıyır. Prezident onun istefasını qəbul edib.

Qeyd edək ki, 6 oktyabrda Fransa baş naziri Sebastyan Lekornu da istefa verib. O, son üç ildə vəzifədən gedən beşinci baş nazir olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*