Fransanın Nigerdəki səfiri Silvain İtte və digər fransız diplomatlar “Fransa səfirliyində sözün əsl mənasında girov saxlanılır.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron deyib.
Jurnalistlərə açıqlama verən Makron səfirliyə ərzaq tədarükünün qarşısının alındığını və səfirin hərbi payla dolandığını bildirib.
“Səfir Silvain Itte çölə çıxa bilməz, o, persona non qratadır və ona yemək verilmir”, – Makron qeyd edib.
İyul ayında hərbi xunta Nigerə nəzarəti ələ keçirdikdən sonra səfirə ölkəni tərk etməyi əmr etdi. Daha sonra polisə onu ölkədən deportasiya etmək barədə tapşırıq verildi.
“Prezident Bazoum ilə razılaşdığımız hər şeyi edəcəm, çünki o, qanuni hakimiyyətdir və mən onunla hər gün danışıram”, – Makron əlavə edib.
Fransanın xarici işlər naziri Ketrin Kolonnanın sözlərinə görə, İtte səfir olaraq fəaliyyətini davam etdirir.
“Səfir işləyir, mən bunu təsdiq edə bilərəm və o, əlaqələri, komandası sayəsində çox faydalıdır, hələ də onunla kiçik bir komanda işləyir”, – Kolonna vurğulayıb.
Ariz Həsənoğlu,
KONKRET.az