Fransanın səfiri iqamətgahında ölü tapıldıbackend

Fransanın səfiri iqamətgahında ölü tapıldı

Fransanın Şri-Lanka və Maldiv adalarındakı səfiri Jan-Fransua Pakte Kolombodakı iqamətgahında ölü tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Şri-Lanka Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Şri-Lanka Xarici İşlər Nazirliyi Fransanın Şri Lanka və Maldiv adalarındakı səfiri Zati-aliləri Jan-Fransua Paktetin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir”, – məlumatda deyilir.

Qurum fransız diplomatın ölüm səbəbini açıqlamayıb.

Eyni zamanda “The Daily Mirror” qəzeti 53 yaşlı səfirin ölüm səbəbinin infarkt olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*