Fransız Nikolyan vətənə qayıdıbbackend

Fransız Nikolyan vətənə qayıdıb

İrəvanın Zvartnots hava limanında 41 gün aclıq aksiyası keçirən erməni əsilli fransız jurnalist Leo Nikolyan Fransaya qayıdıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

O, sosial şəbəkədə canlı yayımda 19 kq arıqladığını qeyd edib: “Mübarizəni davam etdirmək üçün özümə gəlməliyəm, sağlamlığımı yaxşılaşdırmalı, yemək yeməliyəm”.

O, çərşənbə axşamı Fransa Milli Assambleyasına getmək və Ermənistanda baş verənlər haqqında danışmaq niyyətindədir.

Qeyd edək ki, Nikolyan paytaxtın Zvartnots hava limanında lentə aldığı videomüraciətində bildirdiyi kimi Ermənistana buraxılmayıb. Pasport nəzarətindən keçən zaman jurnalistə Ermənistana girişinin qadağan edildiyi bildirilib. Etiraz əlaməti olaraq Nikolyan hava limanında qalıb və aclıq aksiyasına başlayıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*