Fridrix Merts Almaniya XDİ-nin sədri vəzifəsinə təsdiqləndibackend

Fridrix Merts Almaniya XDİ-nin sədri vəzifəsinə təsdiqləndi

Almaniyalı siyasətçi Fridrix Merts Xristian Demokratlar İttifaqının (XDİ) sədri vəzifəsinə təsdiqlənib.

KONKRET.az-ın xəbərinə görə, partiyanın konqresində iştirak edən nümayəndələrin 94%-i onun lehinə səs veriblər.

Səsvermə Almaniya telekanalları vasitəsilə canlı yayımlanıb.

Mers dekabrın ortalarında keçirilən səsvermə zamanı XDİ-nin 400 min üzvünün dəstəyi ilə 62,1% səs toplayaraq partiyanın gələcək lideri seçilib. Bu gün o, partiyanın xartiyasına uyğun olaraq rəsmi şəkildə bu vəzifəyə təsdiqlənib. Ümumilikdə qarışıq formatda keçirilən konqresdə 983 nümayəndə iştirak edib. Onlardan 915-i lehinə səs verib, 16-sı isə bitərəf qalıb.

Yeni sədr ötən il Bundestaqa seçkilərdə məğlub olmuş Armin Laşeti əvəz edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*