FTX-nin helikopteri qəzaya uğradı: Ölənlər varbackend

FTX-nin helikopteri qəzaya uğradı: Ölənlər var

Rusiyanın Çelyabinsk vilayətinin Prudnı kəndi yaxınlığında FTX-yə məxsus “Mi-8” helikopteri qəzaya uğrayıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, helikopter meşəyə düşüb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.

Məlumata görə, qəzada 4 ekipaj üzvü həlak olub.

Sosnovski rayonunun rəhbəri Yevgeni Vaqanov helikopterin qəzaya uğradığını təsdiqləyib.

Rayon qubernatoru bildirib ki, ərazidə yaşayan sakinlərdən heç kim xəsarət almayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*