Fulya Öztürk PKK-ya aid MAĞARAYA GİRDİ – FOTObackend

Fulya Öztürk PKK-ya aid MAĞARAYA GİRDİ - FOTO

Türkiyədə terror təşkilatı PKK-ya qarşı əməliyyatlar davam edir.

KONKRET.az xəbər verir ki, xüsusilə Metina və Zap bölgələrində təşkilata aid bir çox tunel ələ keçirilib. Ələ keçirilən tunellərdən birinə girən türkiyəli teleaparıcı, CNN TÜRK xüsusi xəbər rəhbəri Fulya Öztürk gördükləri qarşısında heyrətlənib. Kiçik girişi olan tuneldə hamam, tualetin olması diqqət çəkib. Çirkli tuneldə görüntüləri izləyənlər “İnsan burada necə yaşaya bilər?” sualını veriblər.

Dar girişdən əsgərlərin köməkliyi ilə mağaraya daxil olan Öztürk o an bunları deyib: “Burada siçan kimi gizlənirdilər. Türk əsgərlərinin onları görə bilməyəcəyini düşünürdülər. Mağara və tunel yaradıblar. Belə bir yerdə yaşamağa üstünlük verən terror təşkilatı var, bizim mehmetçik hər yerə girə bilir”.

Tunelin bir çox yerində otaqların olması diqqətdən qaçmayıb./referansaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*