Stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174-ə çatıb – YENİLƏNİB / VİDEObackend

Stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174-ə çatıb - YENİLƏNİB / VİDEO

İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qaz vurması nəticəsində baş verən qarışıqlıqda ölənlərin sayı 174-ə yüksəlib.

KONKRET.az xəbər verir ki, bu barədə vilayətin qubernator müavini Əmir Dardak məlumat verib.

Bildirilib ki, eyni zamanda iğtişaşlarda 100-dən çox insan isə yaralanıb.

09:32

İndoneziyanın Malanq şəhərində stadionda iki futbol komandasının azarkeşləri arasında baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb, 180 nəfər isə yaralanıb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının azarkeşlərə qarşı gözyaşardıcı qazdan istifadə etməsi izdihama səbəb olub. Ölənlər arasında iki polis əməkdaşı da var.

Yaralıların bir çoxu yolda və müalicə zamanı dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*