“Futbolçularıma inanıram” – Qurban Qurbanovbackend

“Futbolçularıma inanıram” - Qurban Qurbanov

Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Qarabağ” – “Hakken” oyunu öncəsi Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

KONKRET.az xəbər verir ki, təcrübəli mütəxəssis sabah baş tutacaq qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Bu il Avropa Liqasında son oyunumuza çıxırıq. Bizim üçün çox vacib matçdır. Futbolçularım demək olar ki, oyuna tam hazırdırlar. Çox yaxşı hazırlıq keçiblər. Sadəcə rəqibin də qarşılaşmaya çox ciddi yanaşdığını görürük. Qrupu xalsız tərk etmək istəmirlər. Biz nəzərə almalıyıq ki, qarşımızda çox istəkli rəqib olacaq. İnanıram ki, həm psixoloji, həm taktiki cəhətdən futbolçularım oyuna tam hazır olacaqlar. Ən düzgün və ən ağıllı oyunlarını göstərməyə cəhd edəcəklər. Futbolçularıma inanıram. Matça qədər futbolçularımıza daha ətraflı məlumat verəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*