“Füzuli”nin hücumçusu 1 oyunda 7 qol vurdu – VİDEObackend

“Füzuli”nin hücumçusu 1 oyunda 7 qol vurdu - VİDEO

Azərbaycan 2-ci liqasının 25-ci turunda bu gün keçirilən “Füzuli” – “Kürmük Qax” matçı bol qollu olub. 

KONKRET.az xəbər verir ki, oyun meydan sahiblərinin 7:2 hesablı qələbəsi ilə başa çatıb.

Maraqlıdır ki, 9 qolu cəmi iki futbolçu vurub. “Füzuli”nin 7 qolunun hamısını Elvin Nəsibov rəqib qapısından keçirib. Qax təmsilçisində isə Revzai Otaraşvili dubl edib.

“Füzuli” – “Kürmük Qax” – 7:2

Qollar: Elvin Nəsibov, 19; 39; 48; 58; 60; 67; 79 – Revazi Otaraşvili, 30; 54

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*