G7-dən Ukraynaya böyük DƏSTƏKbackend

G7-dən Ukraynaya böyük DƏSTƏK

“Böyük Yeddilik” (G7) Ukraynaya 20 milyard dollar dəyərində kredit ayıra bilər.

KONKRET.az xəbər verir ki, bu addım Rusiyanın dondurulmuş aktivlərindən əldə edilmiş manfəət əsasında baş tutacaq.

Macarıstanın baş naziri Viktor Orbanın Rusiya aktivlərinin dondurulmasının altı aydan 36 aya qədər uzadılması təklifinə qoyduğu vetoya baxmayaraq, ABŞ lazımi yardımı göstərəcək.

Xatırladaq ki, daha əvvəl “Bloomberg” yazırdı ki, Vaşinqton və Aİ Rusiyanın aktivləri hesabına Kiyevə 50 milyard dollarlıq dəstək haqqında razılaşmaya yaxındırlar.

Məlik,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*