“Bu cür davam etsə, təkcə Qarabağı yox, bütövlükdə Ermənistanı itirəcəyik”.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan teleqram kanalında yazıb.
“Paşinyanın komandasında Mariya Karapetyan, Qurgen Arsenyan, Andranik Koçaryan, Vigen Xaçatryan, Arsen Torosyan, Qaqik Melkonyan kimi fiqurlar var ki, onlar Türkiyə və Azərbaycanla sülhün bərqərar olması naminə Qarabağın qurban verilməli olduğunu belə gizlətmirlər.
Bütün bunlardan sadə bir nəticə çıxarmaq və anlamaq olar ki, erməni xalqını yaxın gələcəkdə hansı fəlakətlər və kataklizmlər gözləyir.
Üstəlik, əgər Paşinyan hökumətinin ömrü daha bir neçə il uzansa, bu müddət ərzində biz təkcə Qarabağı yox, bütövlükdə Ermənistanı itirəcəyik.
Çoxlarına bu, vəziyyətin çox radikal qiymətləndirilməsi kimi görünə bilər. Lakin ətrafımızda gedən proseslər daha da sürətlə inkişaf edəcək. Və bu qiymətləndirmənin reallığı hər yeni “geosiyasi faciə aktı” ilə aydınlaşacaq.
Əsas odur ki, gecikməyək”, – deyə o yazıb.
Xuraman Etibarlı,
KONKRET.az