Karantin rejimini pozan çay evi aşkarlandıbackend

Karantin rejimini pozan çay evi aşkarlandı

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları rayonun Slavyanka kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çay evi aşkarlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, obyekt sahibi Elşən Əliyev və müştərilər saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*