Gələn ay 45 dövlət əmlakı hərraca çıxarılacaqbackend

Gələn ay 45 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanvarın 24-də, 27-də və 31-də keçirəcəyi hərraclara ümumilikdə 45 dövlət əmlakı çıxarılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, onlardan 5-i səhmdar cəmiyyətlərinin səhm paketləri, 10-u kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.

1-ci hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, kənd klubu da var. Obyektlərin ən aşağı ilkin start qiyməti 1 300 manat, ən yuxarı ilkin qiyməti isə 102 500 manatdır.

2-ci hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Rusiya, Almaniya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1974-2013-cü illəri əhatə edir.

3-cü hərraca isə müxtəlif rayonlarda yerləşən və fərqli sahələr üzrə ixtisaslaşmış səhmdar cəmiyyətlərinin səhm paketləri çıxarılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*