Gələn ilin yaşayış minimumu və ehtiyac meyarı QƏBUL EDİLDİbackend

Gələn ilin yaşayış minimumu və ehtiyac meyarı QƏBUL EDİLDİ

Milli Məclisin iclasında “Azərbaycanda “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

KONKRET.az-ın məlumatına əsasən, layihələr səsə qoyularaq qəbul olunub.

2023-cü il üçün ehtiyac meyarının məbləği cari ildəkinə nisbətən 23 faiz və ya 46 manat artırılaraq, 246 manat məbləğində nəzərdə tutulub

Bu o deməkdir ki, növbəti ildə yaşayış minimumu ilə ehtiyac meyarının məbləğləri ilk dəfə olaraq bərabərləşdiriləcək və hər ikisi 246 manat təşkil edəcək.

Azərbaycan hökuməti və parlamenti bunu sosial-iqtisadi sahədə aparılan islahatların uğurlu nəticəsi kimi xarakterizə edir.//oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*