Böyük Britaniyada 19 yaşlı gənc oğlan nənəsini öldürüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Daily Star” nəşri məlumat yayıb.
Bildirilib ki, 69 yaşlı Syu Eddis adlı qadının Braytonda iki italyan restoranı (Donatello və Pinocchio) var.
2021-ci ildən nəvəsi Petro Eddislə birlikdə yaşayan qadın onu restoranlarından birində işə düzəltmək istəyib, ancaq bu plan baş tutmayıb.
Məlumata görə, Petro polisə zəng edərək nənəsini bıçaqladığını bildirib. Hadisə yerinə gələn polis hamamda üzərində 17 bıçaq izi olan qadın meyiti tapıb.
Oğlanın vəkilləri onun narkotikdən istifadə etdiyini bildiriblər.
İqbal Rzayev,
KONKRET.az