“Gənc və orta yaşlı alimlərin sayında ciddi problem yaranıb”.
KONKRET.az xəbər verir ki, bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev bildirib.
Onun sözlərinə görə, “Əməkhaqlarında ciddi fərq olduğu üçün çoxlu sayda elmlər və fəlsəfə doktorları ali təhsil və digər qurumlara işləməyə gedirlər.
Eyni səbəbdən də AMEA-nın elmi müəssisələrinə işləməyə gəlmirlər. Bu vəziyyətin yaranmasının səbəbləri dərindən araşdırılmalı, təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.
AMEA-ya seçkilər keçirilməlidir və s”.
Rəsmiyyə Şərifova,
KONKRET.az