“Gəncə-Odessa aviareysi açılacaq” – Ukraynalı nazirbackend

“Gəncə-Odessa aviareysi açılacaq” - Ukraynalı nazir

“Gəncə-Odessa birbaşa aviareysi açılacaq. Bu barədə razılığa gəlinib.”

KONKRET.az-ın verdiyi məlumata əsasən, bu fikirləri Gəncə şəhərində səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Valadislav Klikliy bildirib.

Nazirin sözlərinə görə, Gəncə şəhəri ilə bağlı bir sıra layihələr var:

“Odessa və Gəncə şəhərlərinin qardaşlaşması ilə bağlı danışıqlar apardıq. Çox böyük ehtimalla bu haqda sentyabr ayında memorandum imzalayacağıq. Bundan əlavə Azərbaycan Dövlət Aqrar Universiteti ilə Odessanın Aqrar Universiteti arasında memarandum imzaladıq. Bu bizə kənd təsərrüfatı istiqamətində qarşılıqlı elmi mübadilələrin aparılmasına imkan yaradacaq, həmçinin işğaldan azad olunan Dağlıq Qarabağda kənd təsərrüfatının inkişaf etdirilməsində müsbət rol oynayacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*