Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-2020), Arayik Arutyunyan (2020-2023) və “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi”, xunta rejiminin “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
Onlar törətdikləri cinayət əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verməli olacaqlar.
KONKRET.az xəbər verir ki, keçmiş separatçı liderin törətdiyi qandonduran əməlləri saymaqla bitməz. O, 4 oktyabr 2020-ci ildə Gəncə şəhərini raketlə vurun əmrini vermişdi.
Arutyunyan mülki insanların qətlə yetirilməsi ilə bağlı Vətən müharibəsi zaman Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmişdi.
Həmin ilin oktyabrın 4-də Arutyunyanın özü də sosial şəbəkə hesablarında Gəncənin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi.
Arayik Arutyunyan 2023-cü sentyabrın 1-də özü separatçıların başçısı postundan istefa vermişdi.
Günel Mikayılova,
KONKRET.az
O..aşın əsasına baxın. Adı bunun sroçnı Ararat konyakı butulkasl gətirin…. şampan butulkasl da olar… Anahidin doğduğu ..