Gəncədə beş nəfər qidadan zəhərləndibackend

Gəncədə beş nəfər qidadan zəhərləndi

Gəncədə qidadan zəhərlənən 5 nəfərə mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilib, pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

KONKRET.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə aprelin 22-si saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi) hospitalizasiya olunub.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

Gəncədə beş nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

KONKRET.az report-a istinadən xəbər verir ki, bunlar E.Ramazanov (1992), Ş.Ramazanlı (1994), R.Ramazanlı (2016), R.Ramazanlı (2017) və Z.Ramazanlıdır (2022).

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*