Gəncədə beşmərtəbəli binada YANĞINbackend

Gəncədə beşmərtəbəli binada YANĞIN

Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

KONKRET.az FHN-ə istinadən xəbər verir ki, binanın ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanında geyim əşyaları 1 m² sahədə və pəncərə çərçivəsi 1 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 8 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*